Güvənli MMC” kredit təşkilatı Bakı şəhərində yerləşən filiallar üçün kredit departamentində kredit mütəxəssisi vakansiyası üçün ödənişli Təcrübə Proqramını açıq elan edir. 2021-ci ilin aprel ayından etibarən “Güvənli” MMC ali təhsil müəssisələrini yeni bitirən və iş təcrübəsi olmayan gənc istedadları cəlb etmək üçün təcrübə proqramına start verib.
İş haqqında məlumat :
1. Təşkilatın kredit məhsullarını təbliğ edir,müştəriləri cəlb edir,birbaşa marketinq və satış funksiyasını həyata keçirir;
2. Kredit almaq üçün müraciət edən şəxslərə kredit məhsulunun şərtləri barədə məlumat verir;
3. Kredit portfelinin keyfiyyətinə nəzarət edir;
4. Rəhbərlik tərəfindən verilən tapşırıqları dəqiq və düzgün şəkildə icra etmək;
5. AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
6. İş qrafiki: 1-5-ci günlər saat 09:00-dan 17:00-dək.
Tələblər :
- Cins: Xanım və Kişi namizədlər;
- Şəhər: Xaçmaz
- Ali təhsil müəssisəsini yeni bitirməli;
- Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- Satış bacarığına malik olmaq;
Təcrübə proqramını uğurla başa vuranlar təşkilatımızda işlə təmin olunacaqlar.
Qeyd olunan tələblərə uyğun namizədlər CV-lərini [email protected] elektron ünvanına “Təcrübəçi” başlığı ilə və regionu qeyd etməklə göndərə bilər.