Keyfiyyət üzrə Mütəxəssis
Avrora MMC Baku Quality Control
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

· Cəmiyyətin istehsal sahələrində istehsal olunan məhsulların keyfiyyətinə nəzarət sahəsində görülən işlərin koordinasiyası və təşkili

· İş metodunun, keyfiyyətə nəzarət prosedurlarının hazırlanması

· Sahəyə daxil olan materialların, məhsulun keyfiyyətinin vizual yoxlanması, keyfiyyət, mənşə və uyğunluq sertifikatlarının yoxlanması

· Beynəlxalq standartların tələblərinə uyğun sənədləşmə proseslərinin həyata keçirilməsi;

· Sahələrdə risk analizinin aparılması;

· Aidiyyatı şöbələrdə təlimatların keçirilməsi;

· Müqavilələrin yoxlanılması.

· İstehsalat, anbar, laboratoriyaya aid prosedur və təlimatlara, sanitar-gigiyenik norma və qaydalarına riayət edilməsinə nəzarət etməli;

· Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim etməli.

 

· Növbəli iş rejimi;

· Şirkət hesabına nahar;

· İş yeri Hökməli

· Servis şirkət tərəfindən təmin edilir.

 

· Karyera və peşəkar inkişaf üçün əla imkanlar;

· Təlim və inkişaf proqramlarının geniş çeşidi;

· Mükəmməl peşəkar komanda və mehriban mühit;

· Sağlamlıq və həyat sığortası.

 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Keyfiyyət üzrə Mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Tələblər

· Ali təhsil (Qida mühəndisliyi üzrə arzuolunandır);

· ISO 9001, ISO 22000 sertifikatlarındakı tələblər üzrə lazımı vəzifələri yerinə yetirmək;

· MS Office proqramları biliyi;

· Problem və konfliktləri həll etmə bacarığı;

· Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı.

· Yaş həddi : 25-35

· İş təcrübəsi : 1 ildən çox

 

 

Ümumi məlumat
Əlavə edilib: 04-11-2021
Əmək haqqı: 700 - 800 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı