Kart Əməliyyatlarına Dəstək Şöbəsində Mütəxəssis - Baş Mütəxəssis
Rabitəbank ASC Baku Administrative
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Əsas vəzifələr:

- Kart sifarişlərinin qəbulu, işlənməsi və hazır kartların filiallara göndərilməsi;

- Filiallardan gələn şifahi və yazılı müraciətlərin cavablandırılması (problemli əməliyyatlar, kart məhsulları və s.);

- Müxbir banklar və Ödəniş Sistemləri (Mastercard/Visa) ilə hesablaşmaların aparılması, gündəlik müxabirləşmələrin verilməsi;

- Bankomatlarda ilişib qalan kartlar üzrə araşdırmaların aparılması, saxlama səbəblərinin müəyyən edilməsi, kartların müştərilərə qaytarılması və ləğv edilməsi;

- Bankomatlarda və POS-terminallarda keçən natamam əməliyyatlar üzrə sorğuların (ilişib qalan vəsaitlər, bloka salınmış vəsaitlər, geri qayıdan vəsaitlər və s.) araşdırılması və icrası;

- Bank kartları və xidmətləri ilə bağlı daxili və xarici sorğuların cavablandırılması;

- Bankın plastik kartları ilə aparılan əməliyyatlara nəzarət edilməsi;

- Bankdaxili qayda və təlimatları bilmək və onlara riayət etmək.

Tələblər

- Ali təhsil;

- Sahə üzrə ən azı 2-3 illik iş təcrübəsi arzuolunandır;

- Yüksək ünsiyyətqurma qabiliyyəti və komanda tərkibində işləmə bacarığı;

- Analitik təfəkkür, operativlik, məsuliyyətlilik və təşəbbüskarlıq.

Ümumi məlumat
Əlavə edilib: 18-09-2020
Əmək haqqı: razılaşma
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı