IT mütəxəssis
Sabah Group Baku Computer/IT
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Sabah Group MMC şirkəti IT mütəxəssis vakansiyası elan edir.

Vəzifələri:

· IT menecerin birbaşa tapşırıqlarını icra etməli;

· Şirkətin tələblərinə uyğun olaraq informasiya texnologiyalarının əmək prosesinə tətbiqi;

· Avadanlıqların proqram və aparat təminatının servisi;

· Şirkətdaxili elektron mal dövriyyəsi sistemini öyrənməli, lazım gələrsə köməklik göstərməlidir;

· Şirkətə aid obyektlər arasında , habelə obyektlər daxili şəbəkə infrastrukuruna xidmət olunması, şəbəkə administrasiyası ilə bağlı digər proseslərin icrası ;

· Əməliyyat sistemləri ilə bağlı məsələlərin həll olunması, uyğun sistem administrasiyası ilə bağlı digər proseslərin icrası;

Tələblər

Tələblər:

-Ali təhsil - İnformasiya texnologiyaları və ya analoji sahədə təhsil;
-İş stajı: Müvafiq sahə üzrə 1il təcrübə
-Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus dili (arzuolunandır), ingilis dili (arzuolunandır);

-Şəbəkə strukturunun işləmə prinsipini və kompüterlərin daxili qurğularının işləmə prinsipini bilməli;
-Server əməliyyat sistemlərindən anlayışı olmalı;
-Kompüterlərin ehtiyatlarının alınması, məlumatların arxivləşdirmə və klonlama prinsiplərini bilməli;
-Kompüterin əlavə hissələrinin və qurğularının quraşdırılmasını bilməli (printer, skaner və s.);
-Kompüterlərin xırda təmirini bacarmalı (HDD, Ram və s kimi hissələrin dəyişdirilməsi);
-Viruslardan təmizləməyi bilməli və onların yaratdığı fəsadları aradan qaldırmağı bacarmalı;

İş rejimi : həftənin 5 günü, saat 10:00 – 19:00, işin fasiləsizliyinin təmin edilməsi üçün təcili hallarda dəstəyin göstərilməsi.

Əmək haqqı: İlkin olaraq sınaq müddətində 600-800 AZN

Maraqlanan namizədlərdən CV-lərini [email protected] e-poçt ünvanına " IT mütəxəssis " adı ilə göndərməklərini xahiş edirik.

Ümumi məlumat
Əlavə edilib: 05-04-2021
Əmək haqqı: 600 - 800 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı