Həkim Terapevt
Mediport Tibb Mərkəzi Baku Administrative
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Əsas vəzifə öhdəlikləri:

· Klinik müşahidə və müayinə, anamnez toplanması və klinik-laborator tədqiqatların məlumatlarına əsasən müstəqil surətdə diaqnoz müəyyənləşdirmək

· Müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını müəyyən etmək

· Pasiyentin kompleks müayinəsi üçün zəruri funksional və laborator diaqnostika metodlarını təyin etmək

· Diaqnostika və müalicənin icazə verilmiş metodlarından istifadə etməklə diaqnostik, müalicə, reabilitasiya və profilaktika prosedurlarını aparmaq

· Zərurət olduqda xəstələrin məsləhəti, müayinəsi və müalicəsi üçün müəyyən edilmiş qaydada başqa ixtisaslı həkimləri cəlb etmək

· Tibbi yardım göstərilməsinin bütün mərhələlərində pasiyent üzərində müşahidəni həyata keçirmək

· Müalicə-diaqnostik prosesin təkmilləşdirilməsi, özünün əmək fəaliyyətinin təşkilinin və şərtlərin yaxşılaşdırırlması üzrə rəhbərliyə təkliflər vermək

· Öz səlahiyyətləri çərçivəsində orta və kiçik tibb heyətinin işinə nəzarət etmək, tabelikdə olanların həvəsləndirilməsi və tənbeh edilməsi üzrə rəhbərliyə təkliflər vermək

Vakansiya ilə maraqlanan şəxslər CV-ni [email protected] elektron ünvanına, məktubun Subject/Mövzu hissəsində vəzifənin adını qeyd etməklə, göndərə bilərlər.

Müraciət edənlərin diqqətinə! Yalnız vəzifə tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.

Əmək haqqı barədə müsahibədə məlumat veriləcəkdir.

Tələblər

Namizədlər qarşısında qoyulan tələblər:

· Ali tibb təhsili

· Səhiyyə Nazirliyinin sertifikasiyası

· Tibb sahəsində minimum 3-5 il iş təcrübəsi

Ümumi məlumat
Əlavə edilib: 30-11-2022
Əmək haqqı: razılaşma
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı