Graphic Designer
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Data SoCool Data Analitikası Platformasında Təcrübə Proqramı!

Əgər qrafik dizayn sahəsində müəyyən bilik və bacarıqlar əldə etmisənsə və bunları tətbiq edib təcrübə qazanmaq istəyirsənsə, bu elanı elə səni tapmaq üçün hazırlamışıq! Ardını oxu, uyğundursa müraciət et!

Data SoCool Data Analitikası Platforması

Əvvəl özümüz haqda məlumat verək:
Data SoCool olaraq, artıq bir müddətdir ki, data analitikası və digər data ilə əlaqəli sahələrdə peşəkar təlimlər keçirik, bu sahəni ölkəmizdə inkişaf etdirmək üçün çalışırq və bu sahədə inkişaf etmək istəyənlərə də imkanlar təqdim edirik! Komanda olaraq bunu etməkdən zövq alırıq!
Data ətraflı vebsaytımızdan və sosial şəbəkə hesablarımızdan tanış ola bilərsən:
https://datasocool.com

https://fb.com/datasocool

https://www.linkedin.com/company/data-socool

 

Tələblər

Səndən istədiyimiz nədir:
- Adobe Photoshop və Adobe Illustrator proqramlarında işləmə bacarıqları;
- Daim özünü inkişaf etdirməyə açıq olmaq- xüsusən fərqli baxış açısı formalaşdırmağa çalışmaq və buna sahib olmaq;
- Araşdırma bacarıqları- yenilikləri və trendləri araşdırmağa meyilli olmaq;
- Təşəbbüskar, məsuliyyətli və ünsiyyətcil olmaq!

Biz nə vəd edirik:
- Özünü inkişaf etdirməyə və portfolionu zənginləşdirmək üçün müxtəlif növlərdə dizayn işləri;
- Şəhərin mərkəzində rahat ofis, innovativ və yaradıcı mühit, çay-kofe;
- Təcrübə bitdikdən sonra rekomendasiya məktubu;
- Yaxşı netvorkinq imkanları!

Əgər bunlar səni ifadə edirsə, CV və Portfolionu (bu vaxta qədər etdiklərini) [email protected] ünvanına göndər və bizdən cavab gözlə!

Təcrübə müddəti: 2 ay
Həftə ərzində minimum 15 saat ofisdə olmaq şərtdir. Həftəlik tapşırıqlar müəyyən ediləcək və deadlinelar təyin edilərək prosedur davam edir.
https://datasocool.com
Data SoCool Data Analitikası təlimləri və Data Platforması
Xocalı prospekti 57, Dəmirçi Plaza 18-ci mərtəbə
+994502312258

Ümumi məlumat
Əlavə edilib: 15-06-2019
Əmək haqqı: razılaşma
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı