Elektrik quraşdırıcı çilingər
Avtomatikaquraşdırma ASC Baku Electrical Engineering
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Vakansiya: Elektrik quraşdırıcı çilingər

Şirkət: Avtomatikaquraşdırma ASC

Ünvan: Bakı şəhəri, 7-ci m/r, Xarici Dairəvi küçəsi, 3121-ci məhəllə

E-mail: [email protected]

Tel: (012) 561-71-89

 

İş barədə məlumat:

Avtomatikaquraşdırma ASC-yə aşağı gərginlikli elektrik dövrələrində işlər üçün quraşdırıcı çilingər tələb olunur. İş haqqında qısa məlumat:

- Aşağı gərginlikli elektrik naqillərinin quraşdırılması,

- Elektrik avadanlıqlarının qoşulması,

- Ölçü vasitələrindən istifadə edilməsi,

- Elektrik panolarının sxemlər əsasında komutasiyası,

- Sxemlərin yoxlanıb işə salınması.

 

Vakansiya üzrə öhdəliklər:

- Elektrik alətləri ilə təhlükəsiz işləmə zamanı qoruyucu vasitələrdən istifadə,

- Cizgilərə və sxemlərə əsasən elektrik naqillərinin qoşulması,

- Kabel kanallarının və onlarda elektrik kabellərinin quraşdırılması,

- Kabellərin sxemə uyğun ayrılması, nömrələnməsi və birləşdirilməsi,

- Kabel girişlərinin (qlandaların) quraşdırılması,

- Elektrik mühərriklərinin işə salma dövrələrinin elementlərinin, relelərinin, işə buraxma düymələrinin, maqnit işəsalıcılarının, lampaların qoşulması,

- Elektrik idarəetmə və paylayıcı şkafların daxili komutasiyası,

- Elektrik prinsipial sxemlərlə və xarici birləşmələr sxemi ilə işləməyi bacarmalıdır.

Tələblər

Namizədə tələblər:

- Yaş: 22-40

- Cins: Kişi

- Təhsil: orta və ya orta ixtisas

- İş təcrübəsi: Sahə üzrə minimum 3 il

- Elektrik avadanlıqları barədə məlumatlı olmaq

İş Şəraiti:

- İş vaxtı: həftədə 5 gün, 08:00-dan 17:00-a dək;

- Əmək haqqı: 600 manatdan başlayır. İşin effektivliyindən asılı olaraq əmək haqqı artımı olacaqdır.

CV-lərinizi [email protected] ünvanına “Kargüzar” başlığı ilə göndərməyiniz xahiş olunur.

Şirkət haqqında məlumat: Avtomatikaquraşdırma ASC müxtəlif sənaye müəssisələrində, sosial tikintilərdə avtomatika və elektrik vasitələrinin quraşdırılması, həmçinin elektrik paylayıcı və idarəetmə panellərinin hazırlanması, müxtəlif metal konstruksiya məmulatlarının müasir texnologiya ilə hazırlanması, reklam materiallarının metal kəsim, bükmə, qaynaq və boya işlərini həyata keçirir.

Ümumi məlumat
Əlavə edilib: 01-02-2021
Əmək haqqı: 600 - 900 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı