Dizayner
Avrora MMC Baku Marketing
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

İşin qısa təsviri :

Şirkətin marketinq siyasətindən irəli gələn məqsədlərə çatmaq üçün müxtəlif məhsul qablaşdırılmalarının dizaynını həyata keçirmək, onları yeniləmək, o cümlədən, reklam materiallarının dizaynını hazırlamaq və dizayn istiqamətində şirkətə öz bilik və səriştələri ilə dəyər qatmaq.

 

Sizin əsas vəzifə öhdəlikləriniz :

§ Dizayn istiqamətində marketinq komandasının fəaliyyətinə dəstək göstərilməli;

§ Cavabdehlik daşıdığı məhsul qrupu və ya brend üzrə sosial şəbəkələrdəki səhifələr üçün müxtəlif növ posterlər hazırlamalı;

§ Məsul olduğu məhsul qrupu və ya brend üzrə bütün reklam materiallarının, o cümlədən POS-materiallarının dizaynını hazırlamalı ve tələblərə əsasən uyğunlaşdırmalı;

§ Təyin edilmiş məhsul qrupu və ya brend üzrə mövcud qablaşdırma dizaynlarını yeniləməli və yeni qablaşdırma alternativlərini hazırlamalı;

§ Şirkətdaxili müxtəlif formaları dizayn etməli

§ Fərqli növ mətnlərin dizaynını hazırlamalı.

 

Biz nə təklif edirik :

· Karyera və peşəkar inkişaf üçün əla imkanlar;

· Təlim və inkişaf proqramlarının geniş çeşidi;

· Mükəmməl peşəkar komanda və mehriban mühit;

· Sağlamlıq və həyat sığortası.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Dizayner” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Tələblər

Sizdən tələb olunan sahə üzrə səriştə və bacarıqlar :

· Kompyuter bacarıqları: Adobe Illustrator, Photoshop, CorelDRAW;

· Səriştələri: Yaradıcı, təşəbbüskar;

Sizdən tələb olunan təhsil və iş təcrübəsi :

· İş təcrübəsi: 2 – 3 il.

 

Bizim iş şərtləri :

· İş qrafiki : Tam iş günü (5 gün);

· İş saatları: 09:00-18:00;

· İş yeri : Bakı şəhəri;

· Nahar şirkət tərəfindən təmin olunur.

Ümumi məlumat
Əlavə edilib: 28-01-2021
Əmək haqqı: razılaşma
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı