Brend Menecer
İmprotex Group Bakı Sales
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

- Məhsulun (tikinti texnikasının) xüsusiyyətlərini tədqiq etməli, marketinq araşdırmalarının nəticələrinə əsasən istehlakçıların məhsula olan tələblərini təhlil etməli

- Bazarın təhlilini aparmalı, məhsulun (tikinti texnikasının) təklifi üçün bazarın hədəf istehlakçı seqmentlərini müəyyənləşdirməli

- Potensial alıcılara və istehlakçılara məhsul (tikinti texnikası) təqdimatları, tematik seminarlar (istehlak xassələri və məhsul (tikinti texnikasının) keyfiyyətləri üzrə peşəkar məsləhət) təşkil etməli

- Satış həcmlərini proqnozlaşdırmalı və analiz etməli

- Məhsulun (tikinti texnikasının) satılması üçün sxemlər hazırlamalı (yeni satış kanallarının yaradılmasından mövcud olan kanalların bərpasına qədər)

- Məhsulun (tikinti texnikasının) bazarda mövqeyini izləməli (məhsul satışının gedişatı, bunun üçün tələbat), istehlakçıların məhsula münasibətini müəyyənləşdirməli, şirkətin imicinin müntəzəm tədqiqatını aparmalı

- Qiymət siyasətinə və rəqib markalara olan tələbata nəzarət etməli, rəqiblərin oxşar məhsullarına nisbətən məhsulun mövqeyini müəyyən etməli

- Şirkətin rəhbərliyinə görülən işlər barədə hesabat verməli

- Məhsulu təşviq etmək və satmaq üçün digər əlaqəli vəzifələri yerinə yetirməli

- Müxtəlif marketinq tədbirlərinin təşkili və keçirilməsini (reklam kampaniyaları, təqdimatlar) təmin etməli, sərgilərdə iştirak etməli

- Yeni məhsul və markaların bazara çıxarılması üçün tədbirlər planı hazırlamalı

- Potensial müştərilərlə yerində görüşlər təşkil etməli

Tələblər

- Marketinq, iqtisadiyyat, menecment istiqamətləri üzrə ali texniki təhsil

- Yaş həddi: 30 - 50

- müvafiq sahə üzrə təcrübə: minimum 3 il

- Ünsiyyətcil, düşüncələrini hərtərəfli ifadə edə biləcək şifahi nitq qabiliyyəti olmalı

- Azərbaycan və Rus dillərini mükəmməl səviyyədə bilməli, ingilis dili arzu olunandır

- Aktiv, yenilikçi, kreativ, gülərüz, pozitiv, punktual, işinə və özünə qarşı tələbkar, məsuliyyətli, komanda ilə işləmə bacarığı olmalı

- Bazar iqtisadiyyatı, biznesin əsaslarını, qiymətləndirmə üsulları, strategiya və qiymətlərin taktikasını, marketinqin əsaslarını,

- Bazarın inkişaf modelləri və mallara tələbatın formalaşmasını,

- Makro və mikro iqtisadiyyat,

- Biznesin idarəedilməsini,

- Reklam kampaniyalarının formalarının və metodlarının əsaslarını,

- Psixologiya və satış prinsiplərinı,

- Marka xüsusiyyətləri,

- Istehsal texnologiyasını,

- Biznes planları,

- Biznes əlaqələrinin etikasını

- İşgüzar əlaqələrin qurulması qaydalarını

Ümumi məlumat
Əlavə edilib: 06-11-2021
Əmək haqqı: 1000 - 1500 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı