Biznes Bankçılığı Departamentində Menecer
Rabitəbank ASC Baku Banking/Finance
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

- Mütəmadi olaraq bazar araşdırmaları həyata keçirmək və əldə olunan məlumatlar əsasında Biznes krediti və Biznes QKM-nın və satış metodikasının təkmilləşdirilməsi;

- Bankın məhsul və xidmətlərinin satışının hazırki səviyyəsinin və dinamikasının mütəmadi təqib edilməsi, buna təsir edən amillərin, mövcüd olan problemlərin təhlili və tendensiyalarının aşkar edilməsi və həlli üçün təkliflərin irəli sürülməsi;

- Biznes krediti və Biznes QKM-ı üzrə planın yerinə yetirilməsinə nəzarət etmək və tədbirlər görmək;

- Biznes krediti və Biznes QKM-ı üzrə müştərilərə xidmətin təkmilləşdirilməsi və satış effektivliyin artırılması üçün tədbirlər həyata keçirmək;

- Biznes krediti, Biznes QKM-ı və müştəri xidməti üzrə təlimlər təşkil etmək;

- Yeni Biznes kredit və Biznes QKM-larının satış sisteminin təkmilləşdirilməsi üzrə işlərin aparılması;

- Mövcud məhsul və xidmətlərin effektiv satışına nəzarətin həyata keçirilməsi, habelə effektivliyin artırılması məqsədi ilə kampaniyalar və bonus proqramlarına dair təkliflərin hazırlanması;

- Cari Biznes kredit və Biznes QKM-larının portfelinə nəzarət edərək, satışların artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi;

- Yeni məhsul və xidmətlərin satışa çıxarılması, satış kanalları, satış forma və metodları üzrə təkliflərin hazırlanması;

- Departament və şöbə rəhbərinin tapşırıqlarına uyğun olaraq müvafiq struktur bölmənin fəaliyyəti ilə bağlı göstərişlərini yerinə yetirmək.

Tələblər

- Ali təhsil (maliyyə və iqtisadiyyat üzrə olması arzuolunandır);

- Bank sektorunda ən azı 5 il iş təcrübəsi;

- Müştərilərlə yüksək nəzakətlə davranmaq qabiliyyətinə malik olmaq;

- Satış texnikasına dair effektiv bilik və təcrübəyə malik olmaq;

- Azərbaycan dilini mükəmməl bilmək (İngilis dilini bilən şəxslərə üstünlük verilir);

- MS Office proqramları ilə yüksək səviyyədə işləmək bacarığına malik olmaq;

- Yüksək kommunikasıya və təşkilatçılıq qabiliyyətinə malik olmaq;

- İdarəetmə qabiliyyətinə malik olmaq;

- Gərgin şəraitdə işləməyi bacarmaq;

- Liderlik qabiliyyətinə malik olmaq;

- Analitik düşünmə qabiliyyətinə malik olmaq.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Biznes Bankçılığı - Menecer” göstərməyiniz xahiş olunur.

Ümumi məlumat
Əlavə edilib: 30-03-2020
Əmək haqqı: 1500 - 1600 azn
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı