Baş Mexanik
Mətanət A Baku Administrative
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

“Mətanət A” şirkəti Baş mexanik vakansiyanı elan edir.

İşin təsviri:

§ Müəssisədə olan mexaniki avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə çalışmasını, saxlanılmasını təmin etmək;

§ Mexaniki avadanlıqların vaxtı-vaxtında təmirini və düzgün texniki istismarını təşkil etmək;

§ İstehsal qurğu və avadanlıqlara mütamadi baxış, sınaq və profilaktik təmir işlərinin icrasını həyata keçirmək və görülən işləri proqrama daxil etmək, istehsalatın texniki hazırlığını təmin etmək;

§ Təmir işləri üçün ehtiyat hissə bazası yaratmaq və

§ Təmiri ilə bağlı hesabatların və planların hazırlanması

§ Həyata keçirilən təmir bərpa işlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsini, avadanlığın modernləşdirilməsi, dəzgah və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil etmək;

§ Yeni avadanlıqların, qurğuların quraşdırılması və yeni texnikaların mənimsənilməsi;

§ Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi;

§ Avadanlıqlar, dəzgahlar və qurğular üzrə metodiki, normativ aktlar hazırlamaq.

Əmək haqqı:

§ Razılaşma yolu ilə.

İş şəraiti:

§ İş saatı: 08-00-dan 17-00-dək;

§ İş günü: Həftənin 6 günü;

§ İstirahət günü: Bazar günü;

§ Servis xidməti mövcuddur;

§ Nahar şirkət tərəfindən qarşılanır;

§ AR ƏM-nə uyğun sənədləşmə;

§ İş yeri: İş görüşməsinin ünvanı: AZ 1023-Masazır-2( Bakı-Sumqayıt şosesi, Masazır qəsəbəsi dairəsinin yaxınlığı)

Şəxsi keyfiyyətləri:

§ İşə planlı yanaşma;

§ Yüksək ünsiyyət bacarığı;

§ Məsuliyyətlilik;

§ Təmkinlilik, etibarlılıq, özünəinam;

§ Səliqəli, təşkilatçı, operativ, bacarıqlı.

Qeyd:

§ Namizədlərdən CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected] ünvanına göndərmək xahiş olunur.

§ Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

§ Əlaqə nömrəsi: 050-208-66-95.

Tələblər

Tələblər:

§ Təhsil: Ali (Mühəndis-mexanik ixtisası üzrə Univeristeti bitirənlərə üstünlük veriləcək.)

§ Yaş həddi: 25-50

§ İş təcrübəsi: 5 il iş təcrübəsi olmalı (Sənaye sahələrində çalışanlara üstünlük veriləcək.)

§ 2D və 3D (Autocad və SolidWorks) proqramlarını bilməlidir;

§ Kompüter biliyi: Ofis proqramlarında işləmə bacarıqlı;

§ Dillər: Azərbaycan və Rus dillərini bilməli.

 

Ümumi məlumat
Əlavə edilib: 26-07-2021
Əmək haqqı: razılaşma
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı