“Mətanət A” şirkəti Anbardar(Gürcüstan) vakansiyanı elan edir.
İşin təsviri:
§ Mal-material qiymətlilərinin qəbulu, saxlanması və verilməsinə, anbar ərazisindən rasional istifadə etmə şərti ilə, həmçinin onların əldə olunmasının asanlaşdırılması şərti ilə yerləşdirilməsi işinə rəhbərlik edir;
§ Anbarlaşdırılan mal-material qiymətlilərinin qorunmasına, sayına düzgün nəzarət edilməsinə (Şirkətin sənədi üzərində), saxlanma rejiminə əməl olunmasına, qəbul və verilmə sənədlərinin doğru-düzgün tərtib olunmasına rəhbərlik edir;
§ Yanğın əleyhinə, texniki təhlükəsizlik və s. vasitələrin olmasına və sazlığına, otaqların vəziyyətinə, anbardakı avadanlıq və digər mal və materialların vəziyyətinə nəzarət edir;
§ Əməyin mühafizəsi norma, qayda və təlimatlarına riayət etməklə yükləmə-boşaltma işlərinin keçirilməsini təşkil edir və Aktlaşdırır;
§ Malı müşayiət edən sənədlərin toplanması, saxlanması və vaxtlı-vaxtında tədarükçülərə qaytarılmasına rəhbərlik edir;
§ Mal-material qiymətlilərinin inventarizasiyasının aparılmasında iştirak edir;
§ Müəyyən olunmuş hesabatların, anbar əməliyyatları uçotunun kompyuter proqramı və sənəd üzərində aparılmasına nəzarət edir;
§ Anbar təsərrüfatı işlərinin effektivliyinin artırılması, daşıma və mal-material qiymətlilərinin saxlanma xərclərinin azaldılması, anbar təsərrüfatının təşkilinə müasir hesablama texnikası vasitələrinin tətbiqi üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsinə rəhbərlik edir;
§ Vaxtında Şirkətə hesabatları verir.
Əmək haqqı:
§ Razılaşma yolu ilə.
İş şəraiti:
§ İş saatı: 09-00-dan 18-00-dək;
§ Bazar günü istirahət;
§ Nahar şirkət tərəfindən verilir;
§ İş yeri: Gürcüstan Respublikası, Tibilisi şəhərində yerləşəcəkdir.
Qeyd:
§ İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
§ Namizədlərdən CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected] ünvanına göndərmək xahiş olunur;
§ Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar;
§ Əlaqə nömrəsi: 050-208-66-95.
Tələblər:
§ Təhsil: Ali (bakalavr);
§ Yaş həddi: 30-50;
§ Kompüter biliyi: MS Office (Word, Excel), “1C”;
§ Dil bilikləri: Azərbaycan, Rus və Gürcü dili;
§ İş təcrübəsi: Müvafiq sahə üzrə 2 il.