Anbardar (Gürcüstan)
Mətanət A Baku Production/Manufacturing
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

İşin təsviri:

Mal-material qiymətlilərinin qəbulu, saxlanması və verilməsinə, anbar ərazisindən rasional istifadə etmə şərti ilə, həmçinin onların əldə olunmasının asanlaşdırılması şərti ilə yerləşdirilməsi işinə rəhbərlik edir;

Anbarlaşdırılan mal-material qiymətlilərinin qorunmasına, sayına düzgün nəzarət edilməsinə (Şirkətin sənədi üzərində), saxlanma rejiminə əməl olunmasına, qəbul və verilmə sənədlərinin doğru-düzgün tərtib olunmasına rəhbərlik edir;

Yanğın əleyhinə, texniki təhlükəsizlik və s. vasitələrin olmasına və sazlığına, otaqların vəziyyətinə, anbardakı avadanlıq və digər mal və materialların vəziyyətinə nəzarət edir;

Əməyin mühafizəsi norma, qayda və təlimatlarına riayət etməklə yükləmə-boşaltma işlərinin keçirilməsini təşkil edir və Aktlaşdırır;

Malı müşayiət edən sənədlərin toplanması, saxlanması və vaxtlı-vaxtında tədarükçülərə qaytarılmasına rəhbərlik edir;

Mal-material qiymətlilərinin inventarizasiyasının aparılmasında iştirak edir;

Müəyyən olunmuş hesabatların, anbar əməliyyatları uçotunun kompyuter proqramı və sənəd üzərindəaparılmasına nəzarət edir;

Anbar təsərrüfatı işlərinin effektivliyinin artırılması, daşıma və mal-material qiymətlilərinin saxlanma xərclərinin azaldılması, anbar təsərrüfatının təşkilinə müasir hesablama texnikası vasitələrinin tətbiqi üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsinə rəhbərlik edir;

Vaxtında Şirkətə hesabatları verir.

İş şəraiti:

 İş saatı: 09-00-dan 18-00-dək;

 Bazar günü istirahət;

 Nahar şirkət tərəfindən verilir;

 İş yeri:Gürcüstan Respublikası,Tibilisi şəhərində yerləşəcəkdir.

Tələblər

Tələblər:

 Təhsil: Ali (bakalavr);

 Yaş həddi: 30-50;

 Kompüter biliyi: MS Office (Word, Excel),“1C”;

 Dil bilikləri: Azərbaycan, Rus və Gürcü dili;

 İş təcrübəsi: Müvafiq sahə üzrə 2 il.

 

Qeyd:

 İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;

 CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected] ünvanına göndərin.

Ümumi məlumat
Əlavə edilib: 02-06-2021
Əmək haqqı: razılaşma
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı