Anbardar
Rail Tran Service MMC Baku Administrative
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

İşin xüsusiyyəti.
Yanacağın, xammalın, yarım fabrikatın, hazır məhsulun, hissələrin, alətlərin, əşyaların anbara qəbulu, çəkilməsi, mühafizəsi və müxtəlif materialların anbardan buraxılması. Qəbul olunmuş maddi sərvətlərin müşayiətedici sənədlərə uyğunluğunun yoxlanılması. Materialların mühafizə olunduğu yerə aparılması (əl ilə və ya ştampellərin və başqa mexanizmlərin köməyi ilə) və eyni zamanda görünüşünə, keyfiyyətinə, təyinatına və başqa əlamətlərinə görə çeşidlərə ayrılması. Materialın və məhsulun xarab olması və itkilərin qarşısını almaq məqsədi ilə mühafizəsinin təşkili və təmin olunması. İş yeri - Rusiya. Maaş staja uyğun olaraq hesablanacaq.

 

Tələblər

Bilməlidir: mühafizə olunan materialların, çeşidlərin və növlərin nomenklaturasını, onların xassələrini və təyinatını, iş alətlərinin, cihazların və s. quruluşunu və onların işə yararlığının yoxlanılması üsullarını, əşyaların, məhsulun və xammalın boşaldılması, yüklənməsi və anbarda saxlanılması zamanı qorunma üsullarını, materialların və xidməti sahələrin yanğından mühafizə qaydalarını, zəhərləyici maddələrin yerdəyişmə və mühafizə qaydalarını, tez alışan və partlayıcı materialların qorunma, yanğından mühafizə və təhlükəsizlik texnikası qaydalarını. Rus dili - əla.
Excel, word, outlookla işləmə - əla.

Ümumi məlumat
Əlavə edilib: 28-06-2022
Əmək haqqı: 1500 - 2000 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı