Vəzifə öhdəlikləri:
Anbar üzrə mövcud mal və materialların təhlükəsizlik və bütövlük təminatını nəzarətdə saxlamaq;
Mədaxil-məxaric sənədlərinin dövriyyəsini, mal- material təhvili qaydaları üzrə sənədləşmə prosesinə riayət olunması təmin etmək;
Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək.
Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək;
Mal-material dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında həyata keçirilməsini təmin etmək;
Anbarda mövcud bütün mal – materialların üzərində mühasibatlıq tərəfindən təyin edilmiş kodların olmasını təmin etmək;
Anbarda sahənin vəziyyətinə, avadanlığın və inventarın vaxtlı təmirinə nəzarət etmək;
Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə Anbarda
kləmə-boşaltma işlərini təşkil etmək;
Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;
Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək;
Anbar işinin şirkətdaxili təlimat və qaydalara uyğun olaraq idarəedilməsini həyata keçirmək.
İş qrafiki: 6 günlük iş qrafiki
Əmək haqqı: müsahibə zamanı təyin olunur
Namizədə dair tələblər:
Təhsil: Orta peşə ixtisas və ya ali təhsil (mütləq)
Iş təcrübəsi: Bu vəzifə üzrə minimum 3 il iş təcrübəsi (Parfum sahəsində müvafiq iş təcrübəsi arzuolunandır)
Yaş: 35:50
Cins : Kişi
Dil bilikləri: Azərbaycan, Rus – dili arzu olunandır
Kompüter bilikləri: MS Excel, MS outlook, və 1C