ADM ISO 9001 Beynəlxalq Sertifikat Proqramını ödənişsiz təklif edir
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

ADM ISO 9001 Beynəlxalq Sertifikat Proqramını ödənişsiz təklif edir.

Yerlər məhduddur!

Effektiv bir keyfiyyət idarəetmə sistemi üçün minimum şərtləri bilmək, müştəri əlaqələrinə yönəlmiş müəssisədə müştəri məmnuniyyətini artırmaq, layihə və planlaşdırmanın özəlliklərinə bələd olmaq və fəaliyyətinizi təkmilləşdirmək yolunda irəliyə doğru addımlamaq istəyiniz varsa, sizləri Azərbaycan Diplomatiya Mərkəzinin ISO standartları sahəsində təlim proqramına qoşulmağa dəvət edirik.

ISO 9001:2015 – Keyfiyyəti İdarəetmə Sistemi Beynəlxalq Standartı müştəri gözləntiləri, ehtiyacları və qanuni şərtləri qarşılamaqla müştəri məmnuniyyətinin artırılmasını təklif edən dünyaca qəbul olunmuş keyfiyyət idarəetmə sistemi növüdür. Bu standartın məqsədi fəaliyyət zamanı xəta və qüsurları azaltmaq, aradan qaldırmaq və ən əsası yarana biləcək xəta və qüsurların öncədən qarşısını almaqdır.

Tələblər

Təlim kimlərə faydalı ola bilər?

Bütün sahələr üzrə Rəhbər şəxslər;Bütün sferalarda çalışan işçilər;Sahibkarlar;Menecerlər;Layihə Menecerləri;Mütəxəssislər;A-dan Z-ə kimi bütün şirkət və ya təşkilat nümayəndələri (dövlət, özəl, QHT və s.)İdarəedici vəzifədə işləyən və ya işləmək arzusunda olan şəxslər;Karyera inkişafı arzulayan şəxslər.

ISO təlimi sizə nə qazandıracaq:

Effektiv bir keyfiyyət idarəetmə sistemi üçün minimum şərtləri bilmək;Layihələrin icrası və planlaşdırma barədə şərtləri öyrənmək;Xərclərin azaldılması və nəticəyönülü effektiv fəaliyyətin təşkili barədə biliklərə yiyələnmək;Uğurlu karyera imkanı;

Təlim Modulları: (ISO 9001 Keyfiyyətin İdarə Edilməsi nümunəsində)

Keyfiyyət idarəetmə sistemi və onun prosesləri.İdarəetmədə liderlik və öhdəlik.Keyfiyyət üzrə siyasətin işlənilməsi.Təşkilati vəzifə, məsuliyyət və səlahiyyətlər.Keyfiyyət idarəetmə sistemində daxili və xarici əlaqələrin qurulması.Layihələrin idarə olunması.Keyfiyyət idarə etmə sisteminin məqsədlərinə nail olunması üçün zəruri olan Resurslar.Risk və imkanların müəyyən edilməsi.Məhsul və xidmətlərin layihələndirilməsi.Keyfiyyət idarəetmə sistemində dəyişikliklərin idarə olunması.Keyfiyyət idarəetmə sistemində auditin aparılması qaydası.Keyfiyyət idarəetmə sistemində Performansın ölçülməsi.Davamlı yaxşılaşdırma sistemin qurulması.

Təlimin keçirildiyi dil: Azərbaycan dili

Dərslər qrup halında keçirilir.

Dərslər ənənəvi və online formada keçirilir.

Müddət: 4 həftə, həftədə 2 dəfə olmaqla

Qeyd: Qeydiyyatdan keçən şəxslərə təlim modulları və materiallar təqdim olunacaqdır.

Xüsusi qeyd1: Azərbaycan Diplomatiya Mərkəzi tərəfindən keçiriləcək ISO 9001 Keyfiyyətin İdarəedilməsi proqramının qiyməti olan 560 AZN ödəniş etmədən, sadəcə olaraq proqram üçün müəyyənləşdirilmiş iştirak haqqı olaraq cəmi 100 AZN ödəniş etməklə təlimə qoşula biləcəksiniz.

Xüsusi qeyd2: Şirkət və müəssisələrə aid korporativ təlimlər təşkil edilir.

Ümumi məlumat
Əlavə edilib: 27-06-2022
Əmək haqqı: razılaşma
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı