Filial müdiri
Parabokt Xirdalan Banking/Finance
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Xırdalan Filialı üçün Filial müdiri axtarılır

Əmək haqqı 800-1200 AZN arası

Əmək haqqının 2 misli qədər motivasiya

Əsas vəzifələr:

▶️ Filiallarda kredit işçilərinin fəaliyyətinə, həmçinin onların nəzərdə tutulan və ya verilmiş kreditlərinə nəzarət edilməsi;

▶️ Yeni kredit və satış metodları təklifləri ilə bağlı təşəbbüskarlığın göstərilməsi;

▶️ Verilmiş kreditlərin izlənilməsi və vaxtında ödənişlərin təmin edilməsi;

▶️ Mövcud məlumat bazası əsasında gecikdirilmiş ödənişlər, borclar və borcların alınması müddətləri haqqında mütəmadi məlumat verilməsi;

▶️ Kredit portfelinin keyfiyyətinin qorunmasına nəzarət edilməsi;

▶️ Problemli kreditlərlə iş üzrə müxtəlif hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;

▶️ Filial üzrə aparılan kreditvermə prosesi zamanı hədəflərə nail olmaq üçün Baş Ofisdən lazımi və zamanında dəstək göstərilməsini təmin etmək;

 

Tələblər

Namizədə olan tələblər:

- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;

- Ali təhsil

- Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;

- Cins: kişi (arzuolunandır)

- Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;

- Müştəri bazasının olması

Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini "Filialın adı- filial meneceri" başlığı ilə [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.

Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Bundan əlavə, göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir.

Ümumi məlumat
Əlavə edilib: 17-03-2021
Əmək haqqı: 800 - 1200 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı