Baş Aşpaz
Lime Catering MMC Baku Administrative
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

• Hazırlanan yeməklərin keyfiyyətli və sağlam olmasını, onların tələb olunan gigiyenik standartlara cavab verməsini təmin etmək.
• Lazım olan ərzağın miqdarını və dəyərini hesablamaq, onun vaxtında çadırılmasına və tələb olunan standarta cavab verməsinə nəzarət etmək.
• Sanitariya qaydalarına yüksək səviyyədə riayət etmək və mətbəxdə çalışan işçilərin standartlara riayət etdiyinə əmin olmaq məqsədilə təchiz edilən ərzağı, istifadə olunan avadanlıqları və mətbəxi daima təftiş etmək.
• Xüsusi tədbirlərin sifarişi zamanı müştəri ilə görüşüb menyu hazırlamaq və tələb olunan ərzağın miqdarı barədə hesabat hazırlamaq.
• Aşpazları və mətbəxdə çalışan digər işçiləri daima təlimatlandırmaq, yemək hazırlamaq sahəsində olan yenilikləri və həmçinin yeni avadanlıqlardan istifadə qaydalarını onlara nümayiş etdirmək.
• Göstərilən xidmətin keyfiyyətini yüksək səviyyədə qoruyub saxlamaq məqsədilə xüsusi təlimat hazırlamaq və düzgün iş bölgüsü aparmaq.
• Digər işçilərlə birlikdə ilin fəslindən və tələb olunan ədvəların mövcudluğundan asılı olaraq resept və menyu hazırlamaq.
• Aşpaz və yardımçı heyət də daxil olmaqla yeni işçi qəbul etmək, onları təlimatlandırmaq və istiqamətləndirmək.
• Qiyməti müəyyənləşdirmək və müvafiq ərzaq sifariş etmək üçün satışa cavabdeh məsul şəxslə mütəmadi görüşmək
• Müştərilərin sifarişinin düzgün yerinə yetirilməsi məqsədilə planlaşmanı, büdcəni və ərzağın alınması prosesini tənzimləmək.
• Komanda şəklində özündən yuxarı vəzifədə olan idarəedici və digər həmkarları ilə yaxından əməkdaşlıq etmək.

Tələblər

• Baş aşpazın ən azı 5 il iş təcrübəsi olmalıdır.
• Gündəlik menyunu tərtib etmək, mətbəxdə çalışan işçiləri idarə etmək və iş bölgüsü aparmaq.
• Ünsiyyət qurma bacarığı; büdcəni tərtib etmək və ona nəzarət etmək.
• Gərgin vaxt məhdudiyyətli iş rejimində işləmək bacarığı.

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Nahar şirkət tərəfindən təmin edilir;
• Əmək haqqı - 900-1000 AZN
• Əlaqə nömrəsi- 050-571-07-00  012-577-05-99
• *9797

Qeyd : Tələblərə uyğun gələn namizədlərdən mövzu yerinə “Baş Aşpaz” yazıb [email protected] ünvanına CV göndərməsi xahiş olunur.

Ümumi məlumat
Əlavə edilib: 05-09-2019
Əmək haqqı: 900 - 1000 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı