Əməyin Mühafizəsi Və Texniki Təhlükəsizlik Üzrə Mühəndis
NB Qrup ASC Buzovna Public Safety
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

- İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etməlidir
- İstehsalatda zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməlidir
- İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir
- İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etməlidir
- Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir
- Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etməlidir
- İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etməlidir
- Qulluqçuların və mühəndis texniki işçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasında və attestasiya komissiyasının işində iştirak etməlidir
- Xidmətlərə təlimatların işlənib hazırlanmasında kömək etməlidir
- İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak etməlidir
- İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub və şikayətlərinə baxmalı və lazımi ölçülər götürməlidir
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndisi mövcud forma və qaydalara uyğun olaraq hesabat aparmalıdır
- Əməyin mühafizəsi və texniki təhlükəsizliyi üzrə mühəndis nəzarət etməlidir
- Sağlam və təhlükəsiz iş şəraiti yaratmaq üçün tədbirlərin aparılmasına nəzarət etməlidir
- Əməyin mühafizəsi üçün norma, qayda və təlimatları yerinə yetirməlidir
- Səs-küyün səviyyəsinin, titrəmənin, çirklənmənin, tozlanmanın, işıqlanmanın, temperaturun, nəmişliyin və başqa istehsalat faktorlarının ölçülməsini qrafik üzrə aparılmalıdır
- Aspirator və ventilyasiya sistemlərinin keyfiyyətli işləməsinə nəzarət etməlidir
- Qoruyucu qurğuların və mühafizə vasitələrinin vəziyyətinə nəzarət etməlidir
- İş yerlərində təlimatların vaxtında və keyfiyyətli aparılmasını təmin etməlidir
- İşçilərin əməyin mühafizəsi dərslərinin təşkilinə, biliklərinin yoxlanılmasına və attestasiyadan keçirilməsinə nəzarət etməlidir
- İstehsalatda bədbəxt hadisələrin uçotuna və araşdırılmasına nəzarət etməlidir
- İşçilərə verilən xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vəsaitələrinin və digər vasitələrin qorunmasına, yuyulmasına, təmizlənməsinə, qurudulmasına və zərərsizləşdirilməsinə nəzarət etməlidir
- Xidmətlərdə əməyin mühafizəsi və texniki təhlükəsizliyinə ayrılmış vəsaitlərin düzgün xərclənməsini təşkil etməlidir

Tələblər

- Müvafiq sahə üzrə diplom və sertifikatların mövcudluğu
- Xəzər və Sabunçu rayonlarında yaşayan şəxslərə üstünlük verilir

- Maraqlanan şəxslər öz cv-lərini [email protected] ünvanına göndərə bilər və ya telefon nömrəsilə əlaqə saxlaya bilərlər.

- Tel: 4539050 Mobil:0502957020

 

Ümumi məlumat
Əlavə edilib: 15-07-2020
Əmək haqqı: razılaşma
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı