İnsan Resursları Departamentinin Direktoru
Mətanət A Baku Production/Manufacturing
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Vəzifə öhdəlikləri:

§ Əmək məcəlləsinə uyğun olaraq İnsan Resurslarının idarə edilməsi siyasətinin həyata keçirilməsi;

§ Qayda və daxili prosedurlarının hazırlanması və təkmilləşdirilməsində iştirak;

§ Daxili prosedur və proseslərə əsaslanaraq işə qəbul və kadr planlaşdırma işlərinə nəzarət etmək;

§ Ehtiyat kadr bazasının yaradılması;

§ Təsdiq olunmuş daxili qaydaların icra edilməsinə nəzarətin həyata keçirilməsi;

§ Əməkdaşların attestasiyadan keçirilməsinin təşkil edilməsi;

§ İşə qəbul olunan yeni əməkdaşların istiqamətləndirilməsi, adaptasiya olunmaları üçün dəstəyin göstərilməsi;

§ Yüksək potensialı olan işçilərin aşkar edilməsi və onların stimullaşdırılması ilə bağlı rəhbərliyə təqdimatların verilməsi;

§ Şirkətdə kadr sahəsinin inkişafı məqsədilə cari və gələcək planlama işinin həyata keçirilməsi;

§ Əməkdaşların ixtisasartırma kurslarına göndərilməsi;

§ İnsan Resursları üzrə mütəxəssislərin işinin təşkili və ona rəhbərliyin edilməsi;

§ Şirkətin KSM siyasətinə dəstəyin verilməsi, plana əsasən müxtəlif layihələrin həyata keçirilməsi.

İş şəraiti:

§ İş saatı: 09-00-dan 18-00-dək;

§ İstirahət: Şənbə və bazar günü;

§ AR ƏM əsasən sənədləşmə

Əmək haqqı:

§ Razılaşma yolu ilə.

Tələblər

Tələblər:

§ Ali təhsil (Sosial elmlər, Psixologiya və ya Menecment sahəsində olması arzuolunandır);

§ İş təcrübəsi: İnsan Resurslarının idarə edilməsi sahəsində minimum 5 il təcrübəsinin olması;

§ Yaş həddi: 30-45;

§ Dil bilikləri: (Azərbaycan, ingilis, rus - əla səviyyədə);

§ Kompüter biliyi: Microsoft office, Internet Explorer və Outlook.

Şəxsi keyfiyyətlər:

§ Liderlik xusissiyətləri;

§ Analitik düşüncə;

§ Ünsiyyət yaratmaq bacarığı;

§ İşə planlı yanaşma;

§ Yüksək ünsiyyət bacarığı;

§ Nitq mədəniyyəti;

§ Təmkinlilik, etibarlılıq, özünə inamlı.

Qeyd:

· Namizədlərdən CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected] ünvanına göndərmək xahiş olunur;

· Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar;

· Əlaqə nömrəsi: 050-208-66-95.

Ümumi məlumat
Əlavə edilib: 06-07-2021
Əmək haqqı: razılaşma
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı