İELTS və TOEFL müəllimi
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Umbrella Learning Academy İELTS və TOEFL müəllimi vəzifəsi üçün vakansiya elan edir.

Vəzifə öhdəlikləri

· Tədris materiallarını, gündəlik dərsləri planlaşdırır, tədris proqramlarının yerinə yetirilməsini və bütün tələbələrin onları baza səviyyəli tələblər əsasında mənimsəməsini təmin edir;

· Tədrisi təhsil ehtiyacları, müasir texnologiya, metod və tələblərə uyğun şəkildə, tələbələrin fərdi və qrup bacarıq və nailiyyətlərini nəzərə almaqla təşkil edir;

· Hər bölmənin sonunda formativ qiymətləndirmə apararaq tələbələrin öyrənmə səviyyəsini müəyyənləşdirir;

· Yerli təhsil laboratoriyasında sınaq imtahanlarının təşkili və tələbələrin iştirakını təmin edir;

· Hər bir tələbənin ehtiyaclarını, davranışlarını və tələblərini ayrıca öyrənir, onların hər biri üçün fərdi yanaşma müəyyən edir və bu istiqamətdə fəaliyyətini qurur;

· Tələbələrin inkişafına mane olacaq əngəlləri araşdırır və onların aradan qaldırılması üçün tədbirlər görür;

· Tədris və ünsiyyətdə çətinliyi olan tələbələrə xüsusi yanaşma müəyyənləşdirir və ehtiyac yarandıqda valideynləri və ya onları əvəz edən şəxslərlə müzakirəsini təşkil edir;

· Öz fəaliyyəti ilə mərkəzin işlərinə daim töhfələr verir, nöqsanların ortaya çıxması və onların aradan qaldırılması, iş prosesinin təkmillişdirilməsi üçün maraq göstərir;

· Ehtiyac yarandıqda marketinq komandasına məhsul kommunikasiyası ilə bağlı yaradıcı fikirlər təqdim edir;

· Ehtiyac yarandıqda satış komandasının tələbinə əsasən məhsul təsvirini təqdim edir;

· Dərsdənkənar fəaliyyətləri və öhdəlikləri peşəkar və tələblərə uyğun şəkildə yerinə yetirir (imtahanlar, tədbirlər, və s.);

Əlavə məlumatlar:

· İş yeri: Umbrella Learning Academy MMC

· Elan tarixi: 08.02.2021

· Son müraciət tarixi: 28.02.2021

· Maraqlananlar [email protected] elektron poçt ünvanına öz CV-sini mövzu qismində Menecer vakansiyası qeyd edərək müraciət edə bilərlər.

· Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

Tələblər

Minimum vakansiya tələbləri:

· Müvafiq sahə üzrə ali təhsil

· IELTS/TOEFL tədrisində minimum 3 illik təcrübə

· İngilis dilini C2 səviyyəsində bilmək

· Minimum 8 IELTS balı, minimum 105 TOEFL balı

· Beynəlxalq sertifikatlar - TKT / CELTA / DELTA (minimum TKT)

Tələb olunan bilik və bacarıqlar:

· Danışıqlar aparmaq, təşkilati və analitik bacarıqlar

· MS Office proqramlarından istifadə etmə bacarığı

· Peşəkar yazılı və şifahi ünsiyyət bacarığı

· Öyrənmək və inkişaf etmək istəyi

· Komandada işləmək və liderlik bacarığı

Gülərüz və pozitiv olmaq

Ümumi məlumat
Əlavə edilib: 08-02-2021
Əmək haqqı: razılaşma
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı