Satış və Çağrı mərkəzinin rəhbəri
Pizza Mizza Baki Administrative
Requirements
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Description

“Pizza Mizza” MMC-yə Satış və Çağrı mərkəzinin rəhbəri tələb olunur.

"Pizza Mizza" restoranlar şəbəkəsinin yaranma ideyası 2000-ci ilə təsadüf edir. "Pizza Mizza" nazik xəmirdə Alman keyfiyyətinə əsasən hazırlanan pizza deməkdir. Reseptləri unikaldır və inqrediyentləri isə ideal şəkildə uyğunlaşdırılmışdır. Hazırlıq zamanı yalnız yüksək keyfiyyətli avropa məhsullarından istifadə olunur. Yeməklərin hazırlanması prosesinə xüsusi şəkildə nəzarət olunur. Pizza Mizza yalnız alman dəqiqliyi deyil, o eyni zamanda kulinariyaya özəl italyansayağı yanaşmadır. İlk "Pizza Mizza" şöbəsinin açılışı 6 may 2014-cü ildə baş tutmuşdur.

İş barədə məlumat:

• Satış və Çağrı mərkəzi bölməsinin işinin idarə olunması

• Tələb olunan hesabatların hazırlanması və rəhbərliyə məlumat verilməsi

• Danışıq etikasına əsasən, daxil olan zənglərin cavablandırılmasına nəzarət etmək və zəruri hallarda icra etmək

• Təqdim edilmiş maliyyə və əməliyyat hədəflərinə çatmaq üçün işin təşkili

• Satış və Çağrı mərkəzi heyətinin bilik və bacarığının inkişaf etdirilməsi

• Müştərilərdən daxil olan sifarişlərin düzgün qəbul edilməsi və yönləndirilməsinə nəzarət edilməsi

• Zəruri olduğu halda zəng vasitəsilə sorğuların icra olunması

• WhatsApp və onlayn sayt üzərindən sifarişlərin qəbul edilməsinə nəzarət etmək

• Müştərilərdən daxil olan təklif və şikayətlərin qəbul edilib, müvafiq şöbəyə yönləndirilməsinə nəzarət etmək

• Satış və Çağrı Mərkəzi vasitəsilə satışların düzgün şəkildə həyata keçirilməsinə nəzarət etmək

• Müştərilərə məhsul/endirim/aksiya/yeni açılmış filiallar barədə dəqiq və ətraflı məlumatın təqdim edilməsinə nəzarət etmək

• Müştəri məmnuniyyəti üçün çalışmaq.

Requirements

• Ali təhsil

• Satış və Çağrı mərkəzinin rəhbəri kimi minimum 1-3 il təcrübə

• Komanda idarəetmə təcrübəsi mütləqdir

• MS Office, xüsusən Excel ilə yüksək səviyyədə işləmək bacarığı olmalıdır

• Bakı şəhər üzrə əraziləri tanımalıdır və naviqasiya proqramlarından istifadə etmək bacarığı olmalıdır

• Dil bilikləri: mütləq səlis azərbaycan dili və rus dili səlis danışıq

• Komandada işləmək bacarığı

• Punktual, çevik, məsuliyyətli, detallara diqqətli.

İş şəraiti:

Gənc və mehriban kollektivdə iş

İş vaxtı 6 günlük

Əmək haqqı müsahibə əsasında.

Nahar şirkət tərəfindən aylıq ödənilir.

 

Maraqlananlar CV-lərini “Satış və Çağrı mərkəzinin rəhbəri” başlığı altında [email protected] elektron ünvanına göndərə bilərlər.

https://pizzamizza.az/az/resume/ linkindən də məlumatları təqdim etmək mümkündür.

Overview
Posted: 01-05-2024
Salary Range: 1000 - 1200 azn  
Employer Contact
Contact Email: [email protected]
Apply Now

Job Search