Satış məsləhətçisi
Radius+ Bakı Sales
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Öhdəliklər:
- Alıcılara məhsulların çeşidi və qiymətləri, mövcudluğu, texniki göstəriciləri, istehsalçı barədə məlumat, saxlanma şəraiti və müddəti, istehsal olunan ölkələr, istehsal texnologiyası, istifadə sahəsi, çatdırılma vaxtı və digər suallar üzrə məsləhətlərin verilməsi;
- Alıcılara xidmətlərin siyahısı, tariflər və xüsusi şəraitlər, xidmətin mövcudluğu, işin icra olunma müddəti, istifadə olunan avadanlıqlarının istehsal ölkələri, istifadə sahəsi və digər texniki suallar üzrə məsləhətlərin verilməsi;
- Alıcıya cari lahiyələr, marketinq tədbirləri, aksiya və kampaniyalar, mövcud olan ödəniş və məhsulun alınması qaydaları haqqında məlumat verib, mövcud olmayan malların alternativlərinin təklif edilməsi;
- İş məlumatlarının proqram təminatının məlumat bazasına tam şəkildə düzgün əlavə edilməsi;
- Müştərinin bütün narazıçılıqlarının qarşısının alınması;
- Malların satışa hazırlığının təşkil edilməsi (malın anbardan sifarişi, onun anbardan gətirilməsinə və müştəriyə çatdırılmasına nəzarət);
- Sərgi zalında malların daimi mövcudluğunu və çeşidlənməsinin (merçendayzinq) təmin edilməsi;
- Malların üzərində qiymət etiketinin mövcud olmasının təmin edilməsi, onların düzgün yerləşdirilməsinə və malların üzərində qiymətlərin düzgün qeyd olunmasına nəzarətin edilməsi;
- Sərgi zalında malların inventarizasiyasında iştirakın edilməsi;
- Malların istifadə müddətinə nəzarətin edilməsi. Vaxtı keçmiş mallara rast gəldikdə onların satış yerindən uzaqlaşdırılması və bu barədə rəhbərliyin və ya mallara cavabdeh olan şəxsin məlumatlandırılması;
- Daxil olan telefon zənglərin təlimata əsasən cavablandırılması, məhsul və xidmətlər haqqında tam və etibarlı məlumatların verilməsi;
- Daxili inzibati qaydalara riayət edilməsi;
- Iş yerinin iş zamanı səliqəli saxlanılmasının təmin edilməsi;
- Müasir ofis avadanlıqlarının və kommunikasiya vasitələrinin düzgün istifadə edilməsi;

İş şəraiti:
- İş saatı : 09:00-19:00 və 12:00-22:00 (növbəli)
- Nahar şirkət tərəfindən qarşılanır;
- İş rejimi: Həftənin 6 günü növbəli; istirahet günü həftə içi
- İş yeri: Badamdar qəsəbəsi
- Sabit əmək haqqı 400 AZN + satışdan bonus (2 aydan sonra başlayır)

 

Tələblər

- Cins: kişi
- Yaş həddi: 20-35 yaş
- Ali təhsil
- Satış sahəsi üzrə 1-2 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan və Rus dilləri səlis (İngilis dilini bilənlərə üstünlük veriləcək)
- Programlar: 1C, MS Office (əsasən Excel, Word və Outlook) proqramlarında sərbəst işləmək bacarığı
- Yaşayış qeydiyyatı: Bakı şəhəri
- Şəxsi keyfiyyətlər: ciddi, məsuliyyətli, punktual, diqqət, ünsiyyətcil və çalışqan
- Komandada işləmək bacarığına malik olan

Ümumi məlumat
Əlavə edilib: 05-01-2019
Əmək haqqı: 400 - 500 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: hr@radius.az
CV göndərmək

Vakansiya axtarışı