İstehsal müdiri
Matanat A Bakı Management
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

“Mətanət A” şirkəti İstehsal müdiri vakansiyanı elan edir

İşin təsviri:

§ İstehsal sahəsində çalışan işçilərə rəhbərlik edir;

§ Verilən tapşırıqlara əsasən iş bölgüsünü təşkil edir;

§ Avadanlığın və digər əsas vəsaitlərin düzgün istismar qaydalarına riayət edilməsi, onların təmiri və profilaktik xidmətinə nəzarət;

§ İstehsalda işin səmərəliliyi və faydalı iş əmsalını artırmalı;

§ Məhsulun istehsal prosesinə ciddi nəzarət etməli;

§ Seçilmiş işçilərin mükafatlandırılması üzrə təkliflər vermək, istehsal və əmək intizamını pozanlara qarşı intizam tənbehi vermək;

§ İş vaxtından səmərəli istifadə edilməsi və iş şəraitinin yaxşılaşdırılması istiqamətində fəalliyət göstərmək;

§ Müəssisənin sifarişçi, tədarükçü və digər formada məsuliyyət daşıdığı orqanlar qarşısında məsuliyyətinin vaxtlı-vaxtında və səmərəli icrası üçün fəaliyyət bölgüsü və istehsal planının yerinə-yetirilməsinə nəzarət etmək;

§ İşçilərə əməyin təhlükəsizliyi və təhlükəsizlik texnikasına riayət etmələrinə nəzarət.

Əmək haqqı:

§ Razılaşma yolu ilə

Tələblər

Tələblər:

§ Təhsil: Ali(Mexanik, Kimya və İdarəetmə təhsili olanlara üstülük verilir)

§ Yaş həddi: 25-50;

§ Kompüter biliyi: MS Office (Word, Excel);1C arzuolunandır ;

§ Dillər: Azərbaycan və Rus dili mükəmməl (İngilis dili arzuolunandır)

§ İstehsalat sahəsində 3-5 il iş təcrübəsi.

Şəxsi keyfiyyətləri:

§ Fikrini izah etmək qabliyyəti;

§ Ünsiyyət yaratmaq bacarığı;

§ İşə planlı yanaşması;

§ Fəal olması;

§ Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.

Qeyd:

§ İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;

§ Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;

§ Bu sahələr üçün ANKET FORMASI-nı doldurub [email protected] ünvanına göndərin (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).

Ümumi məlumat
Əlavə edilib: 18-03-2019
Əmək haqqı: razılaşma
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı