İnsan Resursları Departamentinin direktoru
Matanat A Bakı Management
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Vəzifə öhdəlikləri:

 Əmək Məcəlləsinə uyğun olaraq insan resurslarının idarə edilməsi siyasətinin həyata keçirilməsi;

Qayda və daxili prosedurların hazırlanması və təkmilləşdirilməsində iştirak;

 Daxili prosedur və proseslərə əsaslanaraq işçi axtarma, seçmə və yerləşdirmənin təmin edilməsi ;

 Ehtiyat kadr bazasının yaradılması;

 Təsdiq olunmuş daxili qaydaların icra edilməsinə nəzarətin həyata keçirilməsi;

 Əməkdaşların attestasiyadan keçirilməsinin təşkil edilməsi;

 İşə qəbul olunan yeni əməkdaşların istiqamətləndirilməsi, adaptasiya olunmaları üçün dəstəyin göstərilməsi;

 Yüksək potensialı olan işçilərin aşkar edilməsi və onların stimullaşdırılması ilə bağlı rəhbərliyə təqdimatların verilməsi;

 Əməkdaşların ixtisasartırma kurslarına göndərilməsi;

 Kadrlar üzrə müfəttişlərin işinin təşkili və ona rəhbərliyin edilməsi;

 Şirkətin KSM siyasətinə dəstəyin verilməsi, plana əsasən müxtəlif layihələrin həyata keçirilməsi.

Tələblər

Tələblər:

 Ali təhsil (Sosial elmlər, Psixologiya və ya Menecment sahəsində olması arzuolunandır)

 İş təcrübəsi: İnsan resurslarının idarə edilməsi sahəsində minimum 5 il təcrübəsinin olması

 Yaş həddi: 30-45

Dil bilikləri: (azərbaycan, ingilis, rus - əla səviyyədə)

Kompüter biliyi: Microsoft office, Internet Explorer və Outlook

Şəxsi keyfiyyətlər

 Liderlik xüsusiyyətləri

Analitik düşüncə

Ünsiyyət yaratmaq bacarığı

 İşə planlı yanaşma

İş şəraiti:

 İş saatı: 09-00-dan 18-00-dək

 İstirahət: Şənbə və bazar günü

ƏMƏK HAQQI:

Razılaşma yolu ilə

Tələblərə uyğun gələnlər və Azərbaycanın ən aparıcı şirkətlərindən biri olan “Mətanət A” – da perspektivli karyera qurmaq istəyənlər CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

Ümumi məlumat
Əlavə edilib: 18-03-2019
Əmək haqqı: razılaşma
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı