Satış və Marketinq meneceri
SƏDA Baku Administrative
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Ərzaq və qeyri ərzaq obyektlərinə Satış və Marketinq menecerləri tələb olunur.

Tələblər:

- 22-45 yaş arasında olan xanımlar və bəylər
- Xoş görünüşlü və bacarıqlı.
- azərbaycan və rus dillərini bilməli.
- İngilis dilini bilməsi isə arzu olunandır;
- Şirkətlərlə ünsiyyət yaratmağı bacarmalı.
- ofis proqramlarında işləməyi bacarmalı.
- Satış sahəsində təcrübəyə malik olması vacibdir;
– Satışın metodunu və prinsiplərini bilməli;
– Uçot və hesabatların işlək formaları.
– İşgüzar ünsiyyətin etikası.

Vəzifələr:

- Sifarişləri həyata keçirmək;
- Potensial müştərilərin axtarışı;
- İlk müştərilərlə işləmək, daha sonra müştərinin regional statusundan asılı olaraq ezamiyyətlərin təşkili və birbaşa iştrakı.
- Müəssisənin və şirkətin maraqlarına uyğun müştərilərlə kommersiya danışıqlarının aparılması;
- Müştərilərdən daxil olan məlumatlara operativ reaksiya və bunların rəhbərliyin diqqətinə çatdırılması;
- Şirkətin satış seqmetinə uyğun marketinq araşdırmalarının aparılması və bu araşdırmalar əsasında biznes planın hazırlanması.
- Müəssisənin istehsal etdiyi məhsul və xidmətlərdə müştərilərin tələbatlarının araşdırılması, müştəri ilə sifarişin razılaşdırılması;
- Müştərilərin təsdiq olunmuş satış proqramına müvafiq müəssisə ilə iş birliyinə cəlb olunması.
- Satışın rüblük və illik planının tərtib edilməsi;
- Satışın statistik analizi və müştərilərə təqdim olunan məhsul(xidmət) analizi;
- Müəssisənin və şöbənin reqlamentinə uyğun görülən işlərin nəticələrinə əsasən həftəlik ayliq və illik hesabatların müdiriyyətə təqdim olunması;

İş şəraiti:

- əmək haqqı fiks məvacib + əldə olunan gəlirin x % həcmində verilir (Məvacib və % gəliri namizədin satış meneceri kimi bu sahədə hazırlıq səviiəsindən və əldə etdiyi təcrübədən asılıdır);
- iş vaxtı 1-6-cı günlər 09.00-19.30-a kimi;
- istirahət vaxtları bazar və bayram günləridir.

Tələblər

Əlaqə nömrələrimiz;

012 511 73 27;

055 940 33 46;

050 963 73 27

Ümumi məlumat
Əlavə edilib: 22-05-2018
Əmək haqqı: 500 - 2500 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı