Mühasib
"Dreamland" LLC Bakı Accounting/Finance
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

• İlkin sənədlərin (Müqavilə, Kassa mədaxil/məxaric orderləri, Vergi hesab faktura, Qayimə faktura, YGB, AKT, Üzləşmə Aktı, Ödəniş tapşırığı) yoxlanılması və onların əsasında proqrama əlavə etmək;
• İlkin sənədlərin düzgün tərtib edilməsi, imza və tarixlərin düzgünlüyünü yoxlanılması;
• Qəbul edilmiş qayimə fakturalarda əks olunan məhsulun adının, miqdarının və qiymətinin yoxlanılması;
• Qəbul edilmiş qayimə fakturaların anbar mədaxili ilə üzləşdirilməsi;
• Vergi hesabatlarının BTP proqramı vasitəsi ilə vergi nazirliyinə təqdim etmək;
• Onlayn şəkildə DSMF və Statistika orqanlarına hesabatların (aylıq, rüblük və illik) təqdim edilməsi;
• Aylıq əmək haqqının hesablanması və ödənilməsi;
• Müəssisə tərəfindən çekilmiş xərclərin düzgün şəkildə bölüşdürülməsi;
• Əsas vəsaitlərin qəbul və ləğv edilməsi;
• Audit yoxlamaları zamanı lazımi hesabatların ve sənədlərin təqdim edilməsi, amortizasiyanın hesablanması;
• Yeni işə alınan xarici vətəndaşların dövlət rüsumlarının ödənilməsi ve hesabatlarının təqdim edilməsi;
• Satınalma tərəfindən sənədləri qəbul etmək, yoxlamaq, təsdiq etmək və ödəniş üçün göndərmək;
• Kapital qoyuluşların düzgün hesablanması, bank faizlərinin hesablanması;
• Maliyyə qoyuluşların düz yönəldilməsi;
• Kassa və bank əməliyyatlarının aparılması;
• Günlük sənədlərin proqrama işlənməsi və hazırlanması;
• Mühasibat uçotunun hesablar planını bilməli.

Tələblər

• Maliyyə və ya İqtisadiyyat ixtisası üzrə ali təhsilli olmalı;
• 25-35 yaş arası olmalı;
• Ən azı 1 il iş təcrübəsi olmalı;
• Ingilis, Rus və Türk bilməli;
• MS Office, 1C, BTP, B1 , B3 proqramlarını yüksək səviyyədə bilməli.

Ümumi məlumat
Əlavə edilib: 19-02-2018
Əmək haqqı: razılaşma
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı