Korporativ xidmət üzrə mütəxəssis
Performance-center Baku Customer Service
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

• Avtomobillərə texniki xidmət üzrə bazarın təhlili, araşdırmaların və monitoringlərin aparılması;
• Balansında avtonəqliyyat vastələri olan korporativ şirkətlər üzrə müştəri bazasının formalaşdırılması və əlaqələrin qurulması;
• Müraciət edən korporativ müştərilərin və onların nəqliyyat vasitələrinin qəbulu , texniki qulluq və təmir işlərinin təmin edilməsi;
• Müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili və yeni müştərilərin cəlb edilməsi;
• İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması;
• Korporativ müştərilərin loyallığının təmini üzrə tədbirlərin həyata keçirilməsi;
• Ümumi fəaliyyətə dair rəhbərliyə hesabatların verilməsi;
• Həftədə 6 iş günü, saat 09:00-18:00
• Əmək haqqı: 700-1000 AZN

Tələblər

• Ali təhsil (texniki)
• Cins: kişi
• Yaş: 25-35
• Avtomobilin quruluşu və istismarı üzrə kifayət qədər biliyə malik olmalı;
• Təqdimat bacarığının olması;
• Azərbaycan, ingilis dillərində sərbəst danışıq və yazı qabiliyyətli, (rus dili arzuolunandır)
• Səliqəli xarici görünüş, nəzakətli danışıq, ünsiyyətcil, yüksək nitq qabiliyyətli;
• Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmalı;
• Avtomobil bazarı haqqında geniş informasiyaya sahib namizədlərə üstünlük veriləcək.

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Korporativ Satış və Xidmət üzrə menecer” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Ümumi məlumat
Əlavə edilib: 20-04-2018
Əmək haqqı: 700 - 1000 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı