Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis (Sumqayıt)
Fin Plast İnternational Sumqayit Administrative
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətinə nəzarətin aparılması;

Məhsulun texniki sənədlərlə təsdiq edilmiş tələblərə, göndərilmə və müştərilərlə bağlanan müqavilələrin şərtlərinə uyğunluğun yoxlanılması;

İstehsalat intizamının möhkəmləndirilməsi;

Məhsulun yüksək texniki səviyyəsi və keyfiyyətinin təmin edilməsi üzrə işlərin təşkil edilməsi;

Müəssisəyə daxil olan ehtiyatların yoxlanılması, onların keyfiyyətlərinin standart və texniki şərtlərə uyğunluğu barədə rəylərin hazırlanmasını;

İstehsalat prosesinin bütün mərhələlərində xammalın, hazır məhsulun müştərilərə göndərilənədək müəssisənin bölmələrində və anbarlarda saxlanmasının düzgünlüyünə nəzarətin təmin edilməsi;

Məhsulun keyfiyyətinin yüksədilməsi üzrə keyfiyətin idarə edilməsi sisteminin, nəzarət əməliyyatlarının mexanikləşdirilməsi və avtomatlaşdırılmasını nəzərdə tutan daha mükəmməl nəzarət metodlarının yaradılması, məhsulun qüsursuz təhvili sistemlərinin tətbiqi tədbirlərinin işlənib hazırlanması;

Keyfiyyətsiz məhsul, onun səbələri və təqsirkarlarının uçotunun aparılması;

Qüsurli iş və ya materialların düzəldilməsinin və ya dəyişdirilməsnin tələb edilməsi;

Ümumi keyfiyyət sisteminin yaradılması, tetbiqi və nəzarət olunması;

Keyfiyyətə nəzarət planının hazırlanması;

Keyfiyyətə nəzarət prosedurlarının tətbiq edilməsi;

Müəssisədaxili intizam qaydalarına, prosedura və təlimatlara, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigyena norma və qaydalarına riayət edilməsi;

Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;

Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlarhazırlayıb təqdim edilməsi;

Birbaşa rəhbərin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsi;

Tələblər

- Ali təhsil
- Yaş həddi: 25-45 AZN
- Müəssisənin keyfiyyət menecmenti sisteminə İSO standart tələbləri;
- Keyfiyyətə nəzarət üzrə mütəxəssis olaraq istehsalatda ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı;
- Azərbaycan və Rus dillərini əla səviyyədə bilməli;
- Microsoft Office proqramlarını əla səviyyədə bilməli.
- Komandada işləmək bacarığına sahib olmalı;
- Yüksək ünsiyyət və analitik düşünmə bacarığı.
- İş yeri Sumqayıt şəhərindədir. (köhnə Alüminium zavodunun yanı)
- İş vaxtı: Bazar ertəsi - Şənbə, 08:00-dan 18:00-dək
- Nahar və servis şirkət hesabınadır
- Əmək haqqı 700-1000 AZN (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)

 

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis” qeyd edərək öz CV-lərini [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. Xahiş edirik təcrübəsi olmayanlar və şərtləri tam oxumayanlar müraciət etməsinlər.

Əlaqə nömrəsi: 050 251 14 54

Ümumi məlumat
Əlavə edilib: 11-07-2018
Əmək haqqı: 700 - 1000 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı