Kadrlar və kargüzarlıq üzrə mütəxəssis
Baku Roofing Company Bakı Administrative
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

- AR-nın Əmək Qanunvericiliyinə, Baş Direktorunun əmrlərinə uyğun işçilərin qəbulu, başqa vəzifəyə keçirilməsi, işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi;
- İşçilərin şəxsi işlərinin hazırlanması və lazımi sənədlərin toplanması;
- Əmək kitabçalarının əmrlər əsasında doldurulması və qeydiyyatı;
- Işçilərə cari əmək fəaliyyətləri haqqında arayışların verilməsi;
- Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
- Xəstəlik vərəqələrinin doldurulması və qeydiyyatı;
- Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi;
- Həftəlik və aylıq hesabatların hazırlanması;
- Elektron və yazılı Əmək müqavilələrinin tərtib olunması və qeydiyyatı ;
- Əmrlərin yazılması (məzuniyyət, ezamiyyət, əvəzçilik, işə qəbul, işdən çıxma, intizam məsuliyyətinə cəlbetmə haqqında və s.).
- İşçi heyətinin müqavilələrinin, əlavə razılaşmalarının, əmrlərinin, bildiriş məktublarının, intizam məsuliyyətinə cəlbetmə haqqında əmrlərin hazırlanması (xəbərdarlıq, töhmət) və s.;
- Yeni əmək kitabçalarının verilməsi , doldurulması və qeydiyyatı ;
- İşçi heyətinin tələb olunan hallarda düzgün əvəz edilməsinə nəzarət edilməsi (şirkəti tərk etdikdə, məzuniyyətə çıxdıqda, müvəqqəti əvəz olunduqda);
- İşçi heyəti üçün iş davamiyyəti cədvəllərinin hazırlanması və işçilərin əmək haqqılarının vaxtında və dəqiqliyi ilə ödənilməsini təmin etmək üçün mühasibat şöbəsi ilə birgə işin təşkil olunması;
- İşçilərin davamiyyətini müəssisədə quraşdırımış turniketlə işləmək;
- İşdən çıxan işçilərin şəxsi işlərinin Azərbaycan Qanunvericilinə uyğun olaraq arxivləşdirmək;
- İşçilərə sosial sığorta şəhadətnamələrin alınması üçün DSMF-na elektron formada müraciət etmək;
- Hər dövr üçün (rüb, illik) hesabatlar hazırlayıb Məşqulluq İdarəsinə təqdim etmək$
- Kargüzar korrespondensiyanı qəbul edir, qeydiyyatdan keçirir və struktur bölmələrinə göndərir;
- Şirkətin rəhbərinin tapşırıqlarına müvafiq olaraq sənədləri icraçılara verir, qeydiyyatlarını rəsmiləşdirir;
- Sənədli materialların keçməsinin qeydiyyat kartotekasını aparır, onların yerinə yetirilməsinə nəzarət edir, qeydiyyatdan keçmiş sənədlər üzrə lazım olan arayışlar verir;
- İcra olunmuş sənədləri ünvanlarına yola salır;
- Alınmış və yola salınmış korrespondensiyanın uçotunu aparır, cari arxivin sənədlərini sistemləşdirir və mühafizə edir;
- Kargüzarlıqda başa çatmış sənədli materialları və qeydiyyat kartotekasını hazırlayıb şirkətin arxivinə təhvil verir;
- Xidməti sənədlərin mühafizəsini təmin edir.

- İş vaxtı: I-V günlər saat 10:00-dan - 19:00-dək.

- Əmək haqqı - 300 AZN

Tələblər

- Ali təhsil;

- Rus və ingilis dili biliyi;

- 1-3 il iş təcrübəsi

- Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək.

-Kommunikativ bacarığı, məsuliyyətlilik

- Ofis texnikası və komputer texnologiyalarından inamla işləmə qabiliyyəti

- Microsoft Office

- Nahar şirkət tərəfindən verilir.

 

Ümumi məlumat
Əlavə edilib: 15-01-2018
Əmək haqqı: razılaşma
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı