Baş mühasib
"Qazax Sement Zavodu" MMC Qazax Accounting/Finance
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

-Müəssisənin mühasibat uçotunun Beynəlxalq mühasibat standartlarının tələblərinə uyğunlaşdırılması prosesini
həyata keçirir və onu təşkil edir.
-Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında düzgün əks
etdirilməsini, ona nəzarəti operativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının
müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə
təsərrüfatdaxili ehtiyyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatı
məlumatları üzrə müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin
edir.
-Daxil olan pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin vəəsas vəsaitlərin uçotunu, mühasibat uçotu
hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını,
məhsulun satışı, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının zavodun
təsərrüfat maliyyə fəaliyyətinin yekun əməliyyatları uçotunu təşkil edir.
-Vergi orqanlarına və digər dövlət qurumları tərəfindən tələb olunan bütün növ hesabatların
hazırlanmasını və təqdim edilməsini təmin edir, təqdim olunan hesabatların doğruluğuna görə
məsuliyyət daşıyır;
-Təhtəl hesab, şəxslərlə iş və müvafiq uçotun aparılmasını təmin edir;
-Müəsisənin debitor və kreditorlar üzrə hesablaşmalarının dəqiqliyini təmin edir.
-Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi, əmək haqqının
ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu və s. tələbat
fonduna və digər ehtiyyat fondlarına ayırmaları tərtib edir.
-İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf
olunmasının, pul vəsaitlərinin, əmtəə material qiymətlərinin vəəsas fondların inventarizasiyasının,
mühasibat uçotu və hesabatının təşkilinin yoxlanması və müəssisənin bölmələrində sənədli təftişin
qaydalarına riayət edilməsinə nəzarət edir.
-Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclər smetasının
hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit
əməliyyatlarının uçotunu təşkil və nəzarət etmək;
-Qanunvericiliyi və ona uyğun işlənib hazırlanmış bütün mühasibat uçotu standartlarını və uçota dair digər
normativ sənədləri rəhbər tutaraq mühasibat uçotunun ümumi prinsiplərinə riayət edilməsinə nəzarət etmək;
-Daxili və xarici auditin aparıldığı zamanlarda onlara lazımi məlumatların verilməsi və işlərinin aparılmasını
təmin etmək;
-Maliyyə departamenti direktorunun tələb etdiyi forma və müddətlərdə fəaliyyətlərinə aid hesabatların işlənib
hazırlanması və təqdim edilməsi;
-Kassa, bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı
hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
-Debitor və kreditor hesablaşmaların aparılması;
-Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
- Mal-materialların uçotunun aparılması;
-Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi;
-Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək.

Tələblər

- Ali təhsil (mühasibat, maliyyə, iqtisadiyyat)
- Minimum 4 il müvafiq sahə üzrə iş təcrübəsi.
- Yaş həddi 28-40
- MS Office – Word və Excel proqramlarını mükəmməl bilməli, Unity Logo proqramını bilmək arzuolunandır.
- Rus vəİngilis dillərini əla səviyyədə bilmək
- Beynəlxalq mühasibat uçotu standartları sahəsinədə sertifikasiyası olmalı.
- Vergi qanunvericiliyini mükəmməl bilmək
- Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı
- İdarəetmə, analitik düşünmə, düzgünlük və təşkilatçılıq qabiliyyəti olmalı

Ümumi məlumat
Əlavə edilib: 07-12-2018
Əmək haqqı: 2000 - 2500 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı