BAŞ MÜHASİB
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

İş barədə məlumat

- Şirkət fəaliyyətin bütün mühasibat proseslərin (inventarlaşma,istehsal üzrə məsrəfər,təsərrüfat-maliyyə fəaliyyətinin nəticələri, kassa, bank, əmək haqqı, avanslar,xərclər, xidmətlərin uçotu və s.)
- Hesabatların tam, səliqəli işlənilməsi və sistematik olaraq yoxlanılması
- Vergi , DSMF hesabatlarının aylıq ,rüblük, illik hazırlanması
- İstehsal olunan və idxal olunan məhsulların kalkulyasiyası, istehsal və xidmət sahələrindən gələn hesabatların yoxlanılması
- 1C Mühasibat proqram təminatında gündəlik məlumat bazası üzərində iş və dövr daxili maliyyə hesabatlarının hazırlanması
- Tam iş günü, iş qrafiki I-VI günlər, bazar günü istirahət

Namizədə tələblər

- İş təcrübəsi: İstehsalat sahəsində azı 5 il təcrübə
- Dil bilikləri: Azərbaycan və Rus dili
- Proqramlar: 1C (7.7 və 8.3) mürtləqdir
- MS Office - yüksək səviyyədə

Tələblər

Tələblər:

- Yaş həddi: 25-45
- İstehsalat sahəsində 5 ildən artıq iş təcrübəsi.
- Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə)
- Dil bilikləri: Azərbaycan və Rus dili
- 1C (7.7 və 8.3) proqramında işləmək bacarığı

Vəzifələr:

- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
- Vergi və mühasibat uçotunun aparılması;
- Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
- Debitor və kreditor hesablaşmaların aparılması;
- Əmək haqqı, məzuniyyətlərin hesablanması;
- Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
- Mal-materialların uçotunun aparılması;
- İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması;
- Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi;
- Aylıq daxili maliyyə hesabatlarının hazırlanması;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
- Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi.

CV - lər yalnız Azərbaycan dilində [email protected] ünvanına göndərilməlidir.

Ümumi məlumat
Əlavə edilib: 20-09-2018
Əmək haqqı: 1000 - 1000 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı