Anbardar
Fin Plast İnternational Sumqayit Administrative
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Şirkətdə mövcud olan anbarın fəaliyyətini idarə və koordinasiya etmək;
Hazır məhsul, xammal və mal-materialın (bundan sonra “mallar”) anbarlara qəbuluna, uçotuna və anbarlardan çıxarılmasına nəzarət etmək;
Anbarlarda malların optimal yerləşdirilməsinə və anbar sahəsindən səmərəli istifadə edilməsinə nəzarət etmək;
Anbarda malların qorunmasını və saxlanmasını təmin etmək;
Anbarda olan malların qalığının dəqiq olmasına nəzarət etmək;
Anbar fəaliyyəti ilə əlaqədar mədaxil, məxaric və yerdəyişmə əməliyyatları ilə bağlı sənədlərin tərtibatına nəzarət etmək;
Anbarda həyata keçirilən bütün əməliyyatların kompüterdə müvafiq qeydiyyatının aparılmasını təmin etmək;
Anbarda rəşmiləşdirilmə qaydalarına və mədaxil-məxaric sənədlərinin təhvilinə riayət edilməsinə nəzarət etmək;
Anbarda malların sayımın müntəzəm həyata keçirilməsini təmin etmək;
Anbarın təmizliyinə nəzarət etmək;
Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim etmək;
Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarını yerinə yetirmək.
Satış, İstehsalat və Mühasibatlıq strukturlarla sıx işləmək

Tələblər

- Yaş həddi 25-45

- Maliyyə və ya iqtisad yönümlü ali təhsil;

- Səlis Azərbaycan dili biliyi;

- MS Office, Word, Excel, 1C

- Anbarın idarəedilməsi sahəsində minimum 3 il iş təcrübəsi;

- AR əmək məcəlləsinə uyğun sənədləşmə və müqavilələrin tərtib olunması

- İş yeri Sumqayıt şəhərindədir. (köhnə Alüminium zavodunun yanı)

- İş vaxtı: Bazar ertəsi - Şənbə, 07:00-dan 19:00-dək

- Nahar və servis şirkət hesabınadır

Ümumi məlumat
Əlavə edilib: 14-04-2018
Əmək haqqı: 500 - 800 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı